12 Oktyabr 2020 18:14
5 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Gəncədə mülki əhalini, yaşayış məntəqlərini hədəf alması insanlığa qarşı hərbi cinayətdir. Bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər edilib. Parlamentin spikeri tərəfindən 8 beynəlxalq təşkilata birbaşa məktub göndərilib. 10 beynəlxalq parlament təşkilatı nümayəndə heyətinə, parlamentin dostluq qrupları tərəfindən 53 ölkəyə qətliamla bağlı müraciətlər edilib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, Azərbaycan parlamenti olaraq bu olayı bütün beynəlxalq tribunalarda açıq şəkildə səsləndirəcəyik:

"Soyqırım və terror siyasətinə qarşı fəaliyyətimizi ən yüksək səviyyədə təşkil etməliyik. "Atəşkəsi bərpa edin" çağırışı edənlər Gəncədəki erməni terroruna görə cavab verməlidirlər. Fransadan soruşmaq lazımdır ki, atəşkəsin bərpasına yönələn addıma terrorla cavab verilərsə, məsələyə yanaşma hansı formada olmalıdır? Amma buna baxmayaraq, onlara inanmaq olmaz. Necə ki, Paşinyanı danışıq masasına oturmağa məcbur etdik, eyni şəkildə ATƏT-in Minsk Qrupunu da işləməyə məcbur edirik”.

Deputat qeyd edib ki, Moskvada əldə edilmiş razılaşmada qeyd edilmiş substansiv yanaşma prinsipi məhz Minsk Qrupunun işlək qruma keçidini özündə ehtiva edir:

“Çünki indiyə kimi həmsədrlər Qarabağa gedib, yeyib-içib, kef çəkirdilər. Bunda sonra münaqişənin həll olunması istiqamətində işləyəcəklərsə, lap yaxşı, işləməyəcəklərsə, rədd olub getməlidirlər. Bəs necə oldu bir günün içində Minsk Qrupu qanadlı bir “mələyə” çevrildi”.

Səməd Seyidov vurğulayıb ki, onlardan obyektivlik gözləmək də düzgün deyil:

“Sülhə, obyektivliyə, məcbur edə-edə maraqlarımızı təmin edəcəyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər