Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan arasında danışıqlar baş tutub.
Teleqraf.com xəbər verir ki, Sergey Lavrov Mnatsakanyanın Rusiyaya səfərinin çoxdan razılaşdırıldığını söyləyib.
Onun sözlərinə görə, təkcə Dağlıq Qarabağdakı vəziyyət deyil, həm də ölkələr arasında ikitərəfli əməkdaşlığın bütün spektrini müzakirə olunub.