13 Oktyabr 2020 10:40
37 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Minsk qrupunun üzvləri arasında Belarus, İsveç, Hollandiya və Portuqaliya da var. Belarus məlum, öz hayındadır, İsveçi, Hollandiyanı və Portuqaliyanı Dağlıq Qarabağ münaqişəsi çoxmu maraqlandırır? Bu dövlətlərin qrupda olmasının bizə nə faydası var?”

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu xatırladıb ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək Suriya və Liviyadakı durumla yanaşı Dağlıq Qarabağdakı döyüşləri də müzakirə edib:

“Bundan əvvəl Sergey Lavrovun özü türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng etmişdi. Bir gün Rusiya Prezidenti Vladimir Putin eyni mövzunu müzakirə etmək məqsədilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edəcək.

Bütün bunlar ondan xəbər verir ki, Kremldə anlayırlar ki, Türkiyənin rəyini nəzərə alınmadan keçinmək artıq mümkün deyil. Türkiyə isə beynəlxalq hüquqa uyğun davranır: Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və bu dövlət işğal etdiyi torpaqlardan çıxmalıdır! Rusiyanın “Rossiya” televiziya kanalının ermənipərəst aparıcısı Solovyov dünənki verilişində Azərbaycanı Rusiyanın müdafiə naziri ilə hədələyərək bunu demişdi: “Bakı Lavrovla razılığa gəlməsə, Şoyqu ilə razılığa gəlmək məcburiyyətində qalacaq”.

Şoyqunun istəyini yerinə yetirmək tarixdə qaldı, bölgədə artıq Türkiyə var".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər