15 Oktyabr 2020 13:31
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə türkdilli dövlətləri Azərbaycanla həmrəylik göstərməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, Türkiyə hər zaman tarixi torpaqlarının işğaldan azad edilməsi üzrə ədalətli mübarizəsində Azərbaycanın yanında olub:

“Türkiyənin yerləşdiyi regionda çoxlu sayda münaqişə, problem və təcavüz aktları mövcuddur. Ermənistanın Azərbaycana qarşı son təxribatları bunu bir daha təsdiq etdi. Ermənistan Azərbaycan torpaqlarına hücum edir. İrəvanın əməllərini hərbi cinayətlər kimi təsnifatlandırmaq olar. Təəssüf ki, bir sıra ölkələr Azərbaycanla işğalçı Ermənistanı tərəzinin eyni gözünə qoymağa çalışır. Bu ölkələr BMT və ATƏT-in qərarlarını diqqətə almır. Ona görə də Azərbaycanla həmrəylik heç vaxt olmadığı qədər vacibdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər