Video əlavə olunub:
***
10:53
Ermənistan tərəfi Vardanes-Kəlbəcər yolunu bağladığını elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Sotk-Kəlbəcər yolu boyunca nəqliyyatın hərəkəti təhlükəsizlik səbəbindən müvəqqəti bağlanır.
Nazirlik bu addımını Azərbaycan Ordusunun yol və yaxınlığındakı məntəqələrə nəzarət edə bilməsi ilə əsaslandırıb.
Qeyd edək ki, Vardanes-Kəlbəcər magistral yolu əslində Qarabağla quru əlaqəsini təmin edən yollardan biridir.
Xatırladaq ki, müharibənin birinci həftəsində Azərbaycan Müdafiə Nazirliyi strateji əhəmiyyətli Murovdağ yüksəkliyinin geri qaytarıldığını elan etmişdi, bu səbəbdən Vardenis-Ağdərə magistral yolu vizual və atəş nəzarətinə keçib.