“Yaxın zamanda Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində yeni xoş xəbərləri alacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O, Müdafiə Nazirliyinin məlumatına əsaslanaraq qeyd edib ki, rəşadətli ordumuz düşmənin bir neçə dayaq məntəqəsi dağıdıb, vacib ərazi və yüksəklikləri işğaldan azad edib:
“İntensiv döyüşlərin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində getdiyini nəzərə alsaq, bu, o deməkdir ki, yaxın zamanda həmin ərazilərdən yeni xoş xəbərləri alacayıq.
Qarabağda soyuq havalar noyabr ayından müşahidə edilir və bu baxımdan ordumuzun vacib yüksəklikləri azad etməsi növbəti mərhələdə döyüş şəraitinə tam nəzarət etməyimiz baxımdan çox vacibdir. Şanlı ordumuzun irəlilədiyini, işğalçı ordu arasında fərariliyin kəskin artdığını nəzərə alsaq, Böyük Qələbəyə hər gün daha da yaxınlaşdığımızı söyləmək olar. Qarabağ Azərbaycandır!”