25 Oktyabr 2020 21:55
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb indiki eskalasiyada Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmanın sülh danışıqlarına ciddi mane olacağı çağırışlarına əhəmiyyət vermədi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Əvəz Həsənov deyib.

Ekspert durumun bu yerdə çatmasında Qərbin məsuliyyətinin olduğunu bildirib:

“Qərb indiki eskalasiyada münaqişəni həll etmək üçün əsas baza prinsipi, inamın yaradılmasına imkan verəcək – işğal olunmuş mərhələli şəkildə azad olunması üçün Ermənistan tərəfinə ciddi mesaj vermədi. Eyni zamanda, hər iki xalq və onun siyasi elitası arasında inamın yaradılması, məsuliyyətin bölüşdürülməsi üçün çox az iş gördülər. Status-kvonun saxlanmasını çıxış yolu kimi gördülər. Azərbaycanın bir milyon qaçqın və məcburi köçkün əhalisinin münaqişənin gələcək həllinə necə təsir edəcəyini nəzərə almadılar. Münaqişənin həll prosesində seyrçi mövqedən kənara çıxa bilmədilər.

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmanın sülh danışıqlarına ciddi mane olacağı çağırışlarına əhəmiyyət vermədilər. Azərbaycanın işğal olunmuş ərazilərinin “DQ administrativ ərazisi” kimi elan olunmasına əhəmiyyət vermədilər. Habelə, Emənistan rəhbərliyinin danışıqlardan yayınmasına ciddi yanaşmadılar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər