26 Oktyabr 2020 11:00
16 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tezliklə Ordumuz Laçın və Şuşa şəhərlərində də olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O, Müdafiə Nazirliyinin məlumatına əsaslanaraq, Ermənistan silahlı qüvvələrinin Laçındakı bölmələrimizi artilleriya atəşinə tutduğunu deyib:

“Bu, işğalçı ölkə tərəfindən yeni humanitar atəşkəs rejiminin pozulması deməkdir. Bu gün səhər saatlarından etibarən işğalçı qüvvə tərəfindən yeni humanitar atəşkəsin kobudcasına pozulması bir daha təsdiq edir ki, məğlubiyyətləri ilə barışa bilməyən və beynəlxalq hüquq prinsiplərinə əməl etməyən Ermənistanın hərbi-siyasi hakimiyyəti ilə vasitəçilərin fərqli formatlarda apardığı danışıqlar yenə də səmərə vermir. Əminik ki, rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü tam bərpa edərək regiona sülh gətirəcək”.

Deputat onu da vurğulayıb ki, qoşun bölmələrimizin Laçın rayonunda olması çox qürurvericidir:

“Rəşadətli ordumuzun inamla irəliləyərək torpaqlarımızı tezliklə tam işğaldan azad edəcəyinin göstəricisidir. Müdafiə Nazirliyinin məlumatına görə, rəşadətli ordumuzun bölmələri Səfiyan kəndində yerləşir. İnanırıq ki, tezliklə Laçın və Şuşa şəhərlərində də ordu bölmələrimiz olacaq. Qarabağ Azərbaycandır!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər