Azərbaycan Ordusu Şuşanın 5 km məsafəsindədir.
Teleqraf.com xəbər verir ki, qondarma DQ prezidenti Araik Harutyunyan rəsmi hesabından paylaşdığı videoda Azərbaycan Ordusunun Şuşa şəhərindən maksimum 5 km uzaqlıqda olduğunu bildirib.
Arutyunyan Şuşanı "Artsxın simvolu" adlandırıb və qeyd edib ki, Şuşanı tutmaq Dağlıq Qarabağı idarə etmək deməkdir.
Azərbaycan tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.