2 Noyabr 2020 20:06
2 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici işlər nazirinin müavini Abbas Əraqçının region ölkələrinə səfərində İranın təklif və planları müzakirə olunub”.

Teleqraf.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Dağlıq Qarabağ münaqişənin həlli üçün rəsmi Tehranın irəli sürdüyü təklif və planlardan danışıb.

“İran Dağlıq Qarabağ münaqişənin həlli üçün ötən illərdə irəli sürülən bütün təklif və planları dəstəkləyib. Lakin problem ondadır ki, bu təkliflərin heç biri nəticə verməyib. Biz Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyümüz təkliflə bağlı Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanla fikir mübadiləsi aparmışıq və onların cavabını gözləyirik. Bizim üçün prioritet məsələ bu münaqişəyə son qoymaq və onu birdəfəlik həll etməkdir”, - XİN rəsmisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər