11 Noyabr 2020 19:25
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın geniş oxuyucu kütləsinə malik “El Mundo” qəzetində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən noyabrın 9-da imzalanan birgə bəyanatın müddəaları, habelə sənədin Azərbaycan və Ermənistan xalqları tərəfindən necə qarşılanması barədə məqalə dərc edilib.

Teleqraf.com xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Rusiya Prezidenti ilə videokonfrans formatında keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə istinad olunaraq, üçtərəfli bəyanatın imzalanmasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayacağı qeyd olunur.

Eyni zamanda, Prezident İlham Əliyevin noyabrın 10-da Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlərə toxunularaq, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya ilə yanaşı, Türkiyə hərbçilərinin də fəaliyyət göstərəcəyi diqqətə çatdırılır.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın sözləri də yer alıb: “Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Bu qərar hərbi vəziyyətin dərindən təhlili və sahənin ən yaxşı mütəxəssisləri ilə aparılan müzakirələr əsasında qəbul edilib”.

Məqalədə Azərbaycan üçün böyük tarixi və strateji əhəmiyyətə malik Şuşa şəhərinin noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunması xüsusi vurğulanır.

Həmçinin birgə bəyanatın Ermənistanda kəskin etirazla qarşılandığı, ölkədə iğtişaşların başladığı, nümayişçilərin hökumət və parlament binalarını ələ keçirdiyi, baş nazir N.Paşinyanın istefasının tələb olunduğu diqqətə çatdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər