Amerikalı siyasi mütəxəssis Ceyson Pak Liviyadakı hava müharibəsinin strateji planının tamamilə xaricilər tərəfindən həyata keçirildiyini, lakin Türkiyənin savaşı qazandığını söyləyib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Yaxın Şərq İnstitutunun “Hadisələrin axınının dəyişməsi: Türkiyə Tripoli döyüşünü necə qazandı?” adlı məruzənin müəlliflərindən biri olan Pak Suriya, Liviya və Dağlıq Qarabağdakı münaqişələrin əslində oxşar savaşlar olduğunu bildirib.
Pak Rusiya və Türkiyənin Liviya və Suriyada olduğu kimi, Dağlıq Qarabağda da vasitəçi rolundan çıxış etdiklərini deyib.
O, Liviyada BƏƏ kimi ölkələr tərəfindən dəstəklənən qiyamçı general Xəlifə Haftarın Türkiyənin yeni döyüş texnologiyalarına qarşı məğlub olduğunu iddia edib.
Türkiyənin Suriya, Liviya və Dağlıq Qarabağda dominant güc olduğunu bildirən amerikalı mütəxəssis bu ilin yanvar ayından Haftar qüvvələrinin məğlubiyyətinin bəlli olduğu, çünki türk ordusunun bənzərsiz savaş taktikası həyata keçirdiyinə diqqət çəkib.
Pak eyni durumun Dağlıq Qarabağda da təkrarlandığını deyib. Erməni qüvvələrinin türk dronları sayəsində hava üstünlüyünü itirəndə və tanklarının bir-bir məhv edildiyini gördükdə, itkilərin artacağından və maddi zərərin daha yüksək olacağından qorxaraq, Azərbaycan Ordusuna təslim olmağı qəbul etdiyini söyləyib.