25 Noyabr 2020 08:26
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə ərzində Azərbaycan ordusunun bölmələri Kəlbəcərə doğru irəliləyib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Qeyd edək ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Ordumuzun zirehli maşın və texnika ilə kəlbəcərə doğru hərəkətinin görüntülərini təqdim edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər