Dekabrın 1-nə qədər Laçın rayonunu Azərbaycana təhvil verməli olan ermənilər öz xain əməllərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bölgədə olan “Daily Storm” agentliyinin müxbirlərinin məlumatına görə, Laçının Kareqax kəndinin sakinləri oranı tərk edərkən özləri ilə paltarlarını, digər əşyalarını, eləcə də elektrik naqillərini götürür, evlərə isə od vururlar.
Jurnalistlər qeyd edib ki, kəndin ətrafında aclıqdan ölmək ehtimalı olan heyvanlar var.
Qeyd edək ki, ermənilər Kəlbəcər və Ağdamda da evlərə od vururdu.