“Rusiya Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Türkiyə ilə təmasdadır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Türkiyə ilə qarşılıqlı əlaqələrimiz müxtəlif istiqamətlərdə aparılır, bunlar siyasi və diplomatik təmaslar və hərbçilərimiz arasındakı görüşlərdir. Əlbəttə, vektor bölgədəki vəziyyəti mütəmadi olaraq müzakirə edən dövlət başçıları tərəfindən təyin olunur”, - Zaxarova bildirib.