Rusiya ümid edir ki, UNESCO ekspertləri xristian və müsəlman məbədlərinin mühafizəsinin qiymətləndirilməsi üçün yaxın zamanlarda Dağlıq Qarabağa gələcək.
Teleqraf.com-un məlumatlarına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümanyəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib: "Biz ümid edirik ki, UNESCO-nun tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə erməni və Azərbaycan tərəfləri ilə əməkdaşlıqda yaradılan abidələrin mühafizəsi və qorunması missiyası yaxın zamanlarda bölgəyə gələcək və vəziyyətə obyektiv qiymət verəcək".