Bazar günü Xankəndinə Rusiya sülhməramlılarının müşayiəti ilə 850-dən çox erməni qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Məlumatda ümumilikdə 34 mindən çox erməninin Qarabağa qayıtdığı qeyd edilib.
“859 nəfər İrəvandan Xankəndiyə avtobuslarla çatdırılıb. Avtobusların hərəkəti Rusiya sülhməramlı kontingenti və hərbi polis patrullarının müşayiəti ilə həyata keçirilib”, - hərbi departamentdən bildirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, 34 mindən çox qaçqın (erməni) artıq daimi yaşayış yerlərinə qayıdıb.