“ATƏT-in Minsk qrupunun 30 ildə bacara bilmədiyini Türkiyənin verdiyi dəstəklə Azərbaycan 44 gündə həyata keçirdi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Otuz illik gecikmə olsa da, Dağlıq Qarabağda ədalətin öz yerini tapmasını, bölgənin arzuladığı sabitliyə qovuşmasını təmin etdik. Otuz ildir ATƏT-in Minsk qrupunun həll edə bilmədiyini biz bacardıq - oradakı azərbaycanlı soydaşlarımız öz yerlərindən qovuldu, məcburi köçkünlüyə məcbur edildilər və biz bu insanların öz torpaqlarını azad etməsinə kömək etdik.
ATƏT-in Minsk qrupunun 30 ildə bacara bilmədiyi Türkiyənin verdiyi dəstəklə 44 gündə həyata keçirildi”, - Türkiyə lideri qeyd edib.