Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı mütəmadi təlimlər keçirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.
“Rusiya hərbçiləri Dağlıq Qarabağdakı müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirirlər”, - açıqlamada qeyd edilib.
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşahidə məntəqələrində hərbçiləri atıcı silahlardan və qəlpələrdən qorumaq üçün istehkamlarla təchiz olunduğu da qeyd edilib.