Gün ərzində 222 “qaçqın” Ermənistan ərazisindən Dağlıq Qarabağa qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xankəndinə çatdırılan “qaçqın karvanı”nı Rusiya sülhməramlı kontingentinin hərbçiləri müşayiət edib.
Beləliklə, Azərbaycan və Ermənistan arasında müharibə dayandırıldıqdan sonra Dağlıq Qarabağa qaytarılan ermənilərin sayı 51 065 nəfərə çatıb.