Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.
Teleqraf.com xəbər verir ki, Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, mərkəz atəşkəs rejiminə əməl olunması, eləcə də tərəflər arasında əldə olunan razılaşmaları pozan fəaliyyətlər barədə məlumatların toplanması və yoxlanışını həyata keçirəcək:
Qeyd edək ki, hələ Monitorinq Mərkəzinin açılması haqda xəbərlər çıxanda prosese PUA-lar vasitəsilə nəzarət ediləcəyi bildirilirdi.
Əlavə edək ki, Suriyada rus-türk birgə fəaliyyət təcrübəsi var və türk mütəxəssislər PUA-ların idarə olunması məsələsində dünyanın ən güclü mütəxəssisləri hesab olunurlar.