“Ermənistan Azərbaycanla müharibədən sonra əldə edilən Dağlıq Qarabağ razılaşmasına riayət etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə yönəlmiş hər hansı bir təhdid görmürük. Ermənistandakı proseslərə rəğmən, Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə davam edilməsi vacibdir”, - o qeyd edib.
Peskov dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə zəng etməsinə də toxunub:
“Telefon danışığı ilə bağlı bizim tərəfimizdən yayımlanan mətni diqqətli təhlil etdinizsə, Putinin Ermənistandakı problemlərin qanunlar çərçivəsində həlli lehinə danışdığını görə bilərsiniz. Bu ifadə çox vacibdir”.