Prezident İlham Əliyev ötən gün keçirdiyi mətbuat konfransında 44 günlük vətən müharibəsində şücaət göstərən oğullardan bəhs edib.
Teleqraf.com xəbər verir ki, ölkə başçısı İkinci Qarabağ müharibəsində son 17 ildə yetişən övladların ən böyük rol oynadığını vurğulayıb:
“Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan son 17 il ərzində yetişmiş insanlarımızdır. Əlbəttə ki, yaşlı nəslin böyük əməyi, təcrübəsi var. Amma döyüşə gedən, sinəsini atəş altına qoyan bu 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış övladlarımızdır. Hansılar ki, vətən uğrunda öz canından keçib. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər”.