Rusiya Xarici işlər naziri Sergey Lavrov rusiyalı avtomobil daşıyıcılarını Qarabağın tranzit potensialına diqqət yetirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bölgənin bu yöndə ciddi potensialının olduğunu deyib.
“İndi infrastrukturun, yolların bərpası ilə bağlı aktiv işlər görülür, bu səbəbdən bu perspektivli əraziyə daha yaxından baxın, bunun, şübhəsiz ki, iqtisadi faydaları olacaq. Yaxın qonşumuzun bu hissəsinin iqtisadi inkişafının Rusiyanın fəal iştirakı ilə davam etməsi vacibdir”, - Lavrov qeyd edib.