10 Sentyabr 2021 21:44
4 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkinci Qarabağ müharibəsində məğlub olan tərəfin təkcə Ermənistan deyil, həm də Rusiyadır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspertin fikrincə, Rusiya Qarabağda çətin durumla üzləşib:

“Rusiya Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi İkinci Qarabağ müharibəsindən bəhs edən “Qafqazda fırtına” adlı məqalə yayımlayıb. Məqalədə qeyd edilir ki, hazırda Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan hissəsinin həyati qabiliyyəti yoxdur. Çünki bu bölgə Azərbaycanın qalan ərazilərindən keçən kommunikasiyalardan asılıdır, onun davamlılığı və mövcudluğu müstəsna olaraq Rusiya sülhməramlı kontingenti tərəfindən təmin olunur.

Bu kontingentin qalma müddəti rəsmi olaraq 5 il göstərilib və tərəflərdən hansısa biri etiraz etməsə müddət uzadıla bilər. Bir sözlə, Rusiya Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi bizim çoxdandır söylədiyimiz “İkinci Qarabağ müharibəsində məğlub olan tərəfin təkcə Ermənistan deyil, həm də Rusiyadır” etirafını edir.
Rusiya Qarabağa girməklə özünü çuqçvanqa saldı, amma irəlidə onu həm də atacağı addımların fəsadları gözləyir. Bunun hesabını isə Ermənistan deyil, Rusiya özü verəcək. Eyni addımlar atıb, fərqli nəticə əldə etmək mümkün deyildi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər