26 Noyabr 2021 19:54
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiya sülhməramlıları da müsbət rol oynayırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə görüşü zamanı deyib.

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir”.


Müəllif: Teleqraf.com