30 Aprel 2022 19:37
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda gürcü həmkarı İlya Darçiaşvili ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Mirzoyan görüşdə Darçiaşvilini Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqları ilə bağlı məlumatlandırdığını deyib.

Erməni nazir açıqlamasında bitmiş Minsk qrupuna ümidlərini dilə gətirib və görünür, İrəvanın bitməsi ilə razılaşmadığı “Dağlıq Qarabağ münaqişəsi”ndən bəhs edib, bununla bağlı tezislərini yenidən təkrarlayıb:

“Bu gün biz regional təhlükəsizlik və sabitlik məsələlərinə də toxunduq. Həmkarıma Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət və Ermənistanın mövqeyi, Azərbaycanla hərtərəfli sülh sazişi üzrə danışıqlarla bağlı, regional sülhün və sabitliyin bərqərar olmasına yönələn proseslər barədə məlumat verdim. Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh prosesinin irəliləyişində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçi rolunu vurğuladım”.


Müəllif: Mənsur Rəğbətoğlu