30 Avqust 2022 15:48
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçı qüvvələrin keçmiş “komandan”ı Mikael Arzumanyan həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Həbsin əlavə təfərrüatı verilməyib.

Arzumanyanın Xankəndidən İrəvana gedərkən saxlanıldığı bildirilir. Məlumata görə, o, Ermənistan İstintaq Komitəsinin göstərişi ilə saxlanılıb.

General Arzumanyan bölgədəki separatçı qüvvələrin “komandan”ı və “müdafiə naziri” olub. Eyni zamanda, erməni mətbuatı onu separatçıların başçısı Araik Arutyunyanın “müşaviri” kimi təqdim edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər