Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəyal Elxan oğlu Süleymanov Şəmkir rayonunda dəfn edilib.
Teleqraf.com xəbər verir ki, 26 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı rayonun Şeyidlər kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə X.Süleymanovun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. X.Süleymanov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.