ABŞ Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və bunun möhkəmlənməsi üçün tərəflərlə işləməyə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken Tvitter səhifəsində yazıb.
“Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - deyə o bildirib.