7 Oktyabr 2022 19:14
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Praqada baş tutan görüş irəliyə doğru cəsarətli addım sayıla bilər. Tərəflər ötən ay baş verən hərbi gərginliyə baxmayaraq bir masa arxasında əyləşdilər və irəliyə baxmaq imkanı əldə etdilər. Əsas məsəl odur ki, Azərbaycanın irəli sürdüyü sülh təklifi bu formatda da qəbul edilir və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şifahi olsa da tanıyır. Bunu Prezident Makron da elan etdi. Bundan sonra fəal danışıqlar, sülh sazişi üzərində işin aparılması, işçi qrupunun işə davam etməsi, xarici işlər nazirlərinin sülh layihəsini müzakirə edərək gələn ay dövlət başçılarının görüşünə təqdim edilməsi baş verməlidir”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov bildirib.

O əlavə edib ki, Praqada digər məsələlər də müzakirə edilib və buna Prezident Əliyev televiziya müsahibəsi zamanı toxunub.

Onun sözlərinə görə, önəmli olan gərginliyin azadılmasından sonrakı mərhələdə sülh sazişinin hazırlanması işinə daha çox diqqət yetirilməsi məsələsidir:

“Sözsüz ki, burada nəzərə almaq lazımdır ki, Praqa samitinə qədər Ermənistan sərhəddə ciddi təxribatlar törədib və daha sonra dünyada anti-Azərbaycan kampaniyası başladıb. Ermənistan bu görüşə qədər Azərbaycanı təzyiq altında saxlamaq niyyəti güdüb. Bu aspektdən baxanda deyə bilərik ki, Ermənistan öz məqsədinə çata bilməyib. Azərbaycan özünün prinsipial mövqeyini sona qədər qorudu. Xüsusilə, Ermənistan Qarabağda yaşayan ermənilərin mövzusunu ayrıca danışıqlar platformasına çevirmək istəyir, Qarabağ ermənilərini tərəf kimi masaya çıxarmağa çalışırdı. Bu ideya bir sıra ölkələr tərəfindən də dəstəklənirdi. Məsələn, ABŞ prezidenti Baydenin 21 sentyabrda Paşinyana göndərdiyi məktubda belə bir göndərmə vardı. Amma Azərbaycan Prezidenti həm Ağdam, həm də Praqda bu məsələnin müzakirə edilməyəcəyi, bunun daxili işimiz olduğunu qeyd etdi. Eyni zamanda sərhədlərin müəyyənləşməsinə köməklik göstərəcək Avropa İttifaqının missiyası Ermənistanda fəaliyyət göstərəcək, Azərbaycan isə ona aid olan məsələlərdə və ehtiyac yarandığı hallarda missiya ilə əməkdaşlıq edəcək”.

Politoloq qeyd edib ki, burada əsas məsələlərdən biri də vasitəçinin problemə baxışıdır:

“Düzdür, son illər müxtəlif vasitəçilik formatları olub, amma onların içərisində Brüssel formatı ədalətli və obyektiv olması ilə seçilib. Görünən budur ki, Avropa Birliyinin rəhbəri neytral mövqedə dayanaraq prinsipial və xüsusi ziddiyyət doğurmayan fikiri ilə prosesi irəli aparmağa çalışır. Ziddiyyətli və tərəflərin qəbul etmədiyi məqamların üzərindən keçilir.

Praqada baş verənlər olduqca əhəmiyyətli görüşlərdir. Hətta qeyri-rəsmi təmaslar zamanı tarixi anlar yaşanıb. İşgüzar və səmimi atmosfer müşahidə olunub. Azərbaycan Prezidentinin ayaqüstü Ermənistan baş naziri ilə təmasları zamanı Zəngəzur dəhlizi, Qarabağdan erməni separatçılarının çıxarılması və digər məsələlər qaldırılıb. Praqada bölgədə sabitliyin yaranmasına xidmət edən hadisə oldu”.


Müəllif: Nemət

Oxşar xəbərlər