“Ermənistan və Azərbaycan arasında eskalasiya və qarşıdurma riski qalır”.
Teleqraf.com xəbər verir ki, bunu KTMT baş katibinin müavini general-polkovnik Valeri Semerikov MDB ölkələrinin Təhlükəsizlik Şuraları rəhbərlərinin iclasında deyib.
Onun sözlərinə görə, cari ilin hadisələri göstərdi ki, KTMT böhranlı vəziyyətlərə reaksiya mexanizmini optimallaşdırmalıdır.
“Bu il təşkilatımızın məsuliyyət sferasında baş verən hadisələr və insidentlər KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizminin optimallaşdırılmasının zəruriliyini göstərdi. KTMT-yə üzv dövlətlərin rəhbərləri adından bu məsələ ilə bağlı müvafiq sənədlər paketi hazırlanır və razılaşdırılır”, - general bildirib.