Separatçıların başçısı Araik Arutyunyan günlərdir Xankəndidə yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Erməni nəşri ötən həftə Fransada olan separatçının iki gün əvvəl Ermənistana qayıtdığını bildirir:
“Araik Arutyunyan və başçılıq etdiyi nümayəndə heyəti dekabrın 11-də Fransadan Ermənistana qayıdıb. Amma Arutyunyan hələ də Qarabağa getməyib. Bəlkə səbəb yoldur, bəlkə də Qarabağ məsələsi ilə əlaqədar İrəvanda qalır. Əldə etdiyimiz məlumata görə, Ermənistanın paytaxtında Baş nazir Nikol Paşinyanla görüşə qalıb.
Dünən, axşama yaxın Xankəndidəki mənbələrimiz onun Qarabağda olmadığını bildirdilər. Amma gecə yarısı məlumat yayıldı ki, Araik Arutyunyan iclas çağırıb”.
Qəzet özü İrəvanda olan birinin Xankəndidə necə iclas çağıra biləcəyi ilə bağlı ritorik sual da ünvanlayıb.