Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan ərazilərində separatçı fəaliyyətlə məşğul olan Ruben Vardanyanla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nazir onun ölkəsi ilə heç bir əlaqəsinin olmadığını iddia edib.
“Vardanyanın Qarabağa gedib orada siyasi fəaliyyətlə məşğul olması ilə Rusiyanın heç bir əlaqəsi yoxdur”, - Lavrov bildirib.