Xankəndində separatçı rejim daxilində qarşıdurma və idarəçiliyi ələ keçirmək uğrunda qarşıdurma güclənib.
Teleqraf.com xəbər verir ki, bu gün separatçı rejimin “parlamentinin” iclası keçirilib.
Özünü “siyasi qüvvə” adlandıran üç təşkilat iclası boykot edib.
David Qaltsyan elan edib ki, onun rəhbərlik etdiyi “fraksiya” iclasa qatılmayıb və bununla da düzgün addım atıblar.
O iddia edib ki, Arutyunyanın qərarları və bugünkü “parlament iclası”nın gündəliyi hazırda Xankəndidə baş verən hadisələri əks etdirmir.
Qeyd edək ki, Daşnaksütyun və digər bir “partiya” da iclasa qatılmayıb.
Onların yaydığı bəyanatda qeyd edilib ki, son zamanlar xarici faktorlar kəskin şəkildə güclənib və bunun vasitəsilə erməni xalqının öz gələcəyi uğrunda mübarizədə iradəsini qırmağa cəhd edilir.