6 Mart 2023 12:54
1 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan getdikcə Rusiyanın düşmənlərinə doğru irəliləyir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Azərbaycan və Ermənistan arasındakı son hərbi toqquşmalara diqqət çəkib: “Qarabağda yeni hərbi toqquşma baş verib, üçü Ermənistandan, ikisi Azərbaycandan olmaqla olmaqla 5 hərbçi həyatını itirib.

Laçın yolunda yerləşən Azərbaycanın ekoloji postu Ermənistana Qarabağa silah ötürməyə imkan vermir. Buna görə də Ermənistan başqa marşrutla silah ötürməyə başlamışdı. 10 noyabr anlaşmasına əsasən, Ermənistanın başqa yollardan istifadə etmək və Qarabağda öz ordusuna sahib olmaq hüququ yoxdur. Ona görə də Azərbaycan Ermənistandan Qarabağa gedən silah dolu maşını saxladı, nəticədə atışma oldu.

Görünən budur ki, Azərbaycan bu yolda tamhüquqlu hərbi-gömrük postunun yaradılmasını tələb edəcək, qüvvələrin və silahların başqa yollarla daşınmasının qarşısını almaq üçün öz qoşunlarını gücləndirəcək”.

Markov Rusiyanın bu prosesdə Azərbaycanı dəstəkləyəcəyini iddia edib:

“Rusiya Azərbaycana dəstək verəcək. Çünki Ermənistan getdikcə Rusiyanın düşmənlərinə doğru irəliləyir. Ermənistan Avropa Birliyinin 100 nəfərlik hərbi-mülki missiyasını, əslində isə NATO desantlarını regiona təzəcə gətirib. Yeganə məqsəd Rusiyanı sıxışdırıb çıxarmaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər