"Araz Vadisi İqtisadi Zonası"nda İtalyanın "IVECO" markalı avtomobilləri istehsal ediləcək
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetmə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib.
""IVECO" markalı italyan avtomobillərinin servis mərkəzinin yaradılması üzrə layihə işləri tamamlanıb və ən qısa zamanda mərkəzin inşasına başlanılacaq", - o deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.