Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Zəngilanın Ağalı kəndində olublar.
Teleqraf.com xəbər verir ki, burada qonaqlara Ağalıda tətbiq olunan “ağıllı kənd” konsepsiyası haqqında ətraflı məlumat verilib.
Diplomatlar ağalı sakinləri ilə söhbət ediblər.
Qeyd olunub ki, hazırda kənddə 420 sakin yaşayır.
Xatırladaq ki, bu gün diplomatik korpus nümayəndələri Laçına yola düşüblər.
Nümayəndə heyətinin tərkibinə akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe daxildir.
Diplomatlar artıq Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub, həmçinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.
Daha sonra Bayraq Meydanı, Həkəri çayının sahilində salınan Heydər Əliyev küçəsi və “Laçın bulvarı” ziyarət olunub.
Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndində olublar.