27 İyun 2023 13:08
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü ildə SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işğaldan azad olunmuş rayonlarda yaşayış məntəqələrinin daşıyıcı qaz kəmərlərinin və qaz tənzimləyici məntəqələrinin tikintisi nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə birliyin inzibati binasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş rayonlarda yaşayış məntəqələrinin qazlaşdırılması işlərinə cəlb edilməsi nəzərdə tutulan işçilər üçün növbəti təlim təşkil edilib.

Görüş ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin) tərəfindən xüsusi təlim keçmiş “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən həyata keçirilib. Təlim iştirakçılarına mina hadisələrindən qorunmaq və təhlükə riskini azaltmaq üçün müvafiq bukletlər və təlimatlar paylanılıb.

Məlumat üçün bildirək ki, birliyin 4 əməkdaşı ANAMA əməkdaşları tərəfindən “Təlimçilərin təlimi” formatında təlimlərə cəlb olunub, Agentlik tərəfindən müvafiq sertifikatla təltif edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər