4 İyul 2023 22:56
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ erməniləri Azərbaycanın mərkəzi hakimiyyəti ilə danışıqlara hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ermənilər Bakıya öz nümayəndələrini göndərmək istəsələr də, Rusiya buna imkan vermir:

“Baş separatçı Araik Arutyunyan da situasiyanın çətinliyini qəbul edib. O da, digər separatçılar da çıxılmaz vəziyyətdədirlər. Hesab edirəm ki, Bakıda da olmasa, Ağdamda görüşə məcbur olacaqlar. Bu dəfə isə Rusiya dialoq masasında olmayacaq.

Azərbaycan Rusiyanın iştirakı olmadan birbaşa ünsiyyətdə maraqlıdır. Hesab edirəm ki, mülki ermənilərin Laçında sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçidi onları düşünməyə məcbur edir.

Vəziyyətin geridönməz hal aldığını görən Arutyunyan özünə Bakı tərəfindən təhlükəsizlik zəmanətinin verilməsini istəyir. Rusiya isə reinteqrasiya baş vermədən prosesi sabotaj etməyə çalışır. Bu prosesə mane olan da Rusiyanın ərazidəki hərbçiləridir”.

Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın mövcud rəhbərliyi də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasında maraqlıdır:

“Ermənistan hakimiyyəti bununla bağlı onlara üstüörtülü mesajlar göndərir.

ABŞ-ın Ermənistandakı səfirinin məsələ ilə bağlı açıqlaması da kifayət qədər maraqlıdır. Səfir Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsizlik şəkildə yaşayacaqlarına ABŞ-ın ümidlərini dilə gətirdi. Qənaətimə görə, proses ona doğru gedir ki, yaxın aylarda Xankəndi və ətrafında suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunacaq. Bu, Ermənistan tərəfindən rəsmən tanınacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər