Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi nümayəndələr Ağdama səfər çərçivəsində Ağdam Konfrans Mərkəzində olublar.
Teleqraf.com xəbər verir ki, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ağdam Konfrans Mərkəzinin inşa tarixi və tutumu barədə qonaqlara məlumat verib.