21 Avqust 2023 15:56
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçılar da Rusiya vətəndaşı olan ermənilərin Qarabağın dağlıq hissəsindən çıxarıldığını təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə separatçı rejimin “Rusiya sülhməramlıları ilə əməkdaşlığın təminatı mərkəzi” məlumat yayıb.

Məlumatda 41 şəxsin Rusiya sülhməramlıları tərəfindən Qarabağdan Ermənistana köçürüldüyü bildirilib. Qeyd edilib ki, bu da iyunun 14-dən bəri ilk haldır.

“Rusiya vətəndaşları uzun müddətdir ki, köçürülmələrini gözləyirlər. Sülhməramlılarla əldə olunan ilkin razılığa əsasən, yaxın günlərdə Rusiya vətəndaşlarının köçürülməsi davam etdiriləcək”, - məlumatda qeyd olunub.

“Mərkəz” Qarabağdan Ermənistana köçürülənlər arasında yerli ermənilər olduğu da bildirilib. Eyni zamanda, 333 nəfərin köçürülmə üçün gözlədiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər