Azərbaycan ordusu əsas zərbələrini (Ermənistan ordusunun qalıqlarına və silahlı separatçılara) vurduğu üçün dayandı.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Deputat beynəlxalq strukturların Azərbaycan ordusunun antiterror tədbirlərindən sonrakı durumla razılaşdıqlarını bildirib.
“Azərbaycan əsas zərbələrini vurduğuna görə dayandı, mühüm kommunikasiyalar üzərində nəzarəti bərqərar etdi”, - Abramyan bildirib.
Onun sözlərinə görə, separatçıların artıq müqavimət göstərmək üçün heç bir resursu qalmayıb. Abramyan separatçı ünsürlərin yüzlərlə ölüsü və yaralısının olduğunu da vurğulayıb.