25 Sentyabr 2023 00:58
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıblar.

Bununla yanaşı, nazir müavinləri regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər