Rusiya sülhməramlıları Qarabağda işlərini davam etdirəcəklər, onların həmin regionda qalma tarixi barədə danışmaq hələ tezdir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hələlik bunu kimsə deyə bilməz. Bakı ilə əlaqələrimizi davam etdiririk”, - Rusiya rəsmisi bildirib.
Anlaşmaya görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalma müddəti 2025-ci ildə bitəcək.