25 Sentyabr 2023 17:40
2 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Separatçılar, müharibə cinayətkarları Qarabağdan qaçmağa başlayıblar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert erməni separatçılarını alman nasistləri ilə müqayisə edib:

“Sovet ordusu 1945-ci ilin may ayında Berlinə daxil olanda faşist Almaniyasının lideri Adolf Hitler bunkerdə gizlənmişdi. Ancaq günlər keçdikcə bunkerdən qaçanların sayı artdı. Hitler özünü öldürdükdən sonra qaçış sürətləndi. Partiyadakı “sağ əl”i Borman bunkerdən qaçmaq istəyərkən öldürüldü, digər nasist liderlərdən Herinq sovet hərbçilərinin əlinə düşməmək üçün gedib amerikalılara təslim oldu. Milyonlarla insanı düşərgələrdə ölümə məhkum edən Himler də qaçaraq Borman kimi amerikalılara təslim olmuşdu. Xeyri olmadı, Himler və Borman zəhər içərək özlərini öldürdülər.

Eynilə Qarabağdakı separatçılardan da bir neçə gündür xəbər yoxdur, ya Xankəndidəki bunkerlərdə gizləniblər, ya da qaçmaq üçün imkan axtarırlar. Bu, Laçın sərhəd-keçid məntəqəsindən mümkün olmayacaq, ya hansısa gizli dərələrdən sərhədi keçməyə çalışa bilərlər, bu halda ələ keçmək və öldürülmək riski var, ya da Rusiya hərbi kontingentinə yalvarmalıdırlar ki, helikopterlə Ermənistana keçsinlər.

Rus hərbçiləri ya Kremldən aldıqları təlimat əsasında, ya da rüşvətlə separatçıları qaçıra bilər. Məsələn, separatçıların “keçmiş müdafiə naziri”, Xocalı canilərindən biri Samvel Babayan artıq İrəvandadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər