28 Sentyabr 2023 15:29
19 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml Qarabağdakı vəziyyətin inkişafını diqqətlə izləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya rəsmisinin Qarabağdakı qondarma qurumun özünü buraxmasına münasibəti belə olub:

“Qeyd etdiyimiz kimi, vəziyyəti diqqətlə izləyirik, ilk növbədə humanitar aspektdən - ən önəmlisi budur.

Sülhməramlılarımız insanlara kömək etməkdə davam edirlər. Çoxu Ermənistan ərazisinə köçmək istəklərini bildirirlər. İstəyənlərə dəstək verilir”.

Mətbuat katibi onu da diqqətə çatdırıb ki, dərc olunan “sənəd”in (separatçı rejimin özünü buraxması haqda) bəndlərindən birində əhalinin Bakının təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olması göstərilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər