2 Oktyabr 2023 15:09
2 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın sabiq prezidenti Fransua Olland dövlət başçısı olarkən Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini dəstəklədiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, keçmiş prezident təxribatçı açıqlamasında Avropanın Ermənistandan imtinası ehtimalını “biabırçılıq”, Ermənistan sərhədlərini isə “müqəddəs” adlandırıb.

Olland indi olduğu kimi o zamanlar da Ermənistanın işğalçı siyasətinə, Azərbaycan ərazisində isə separatizmə dəstək verdiyini bu sözlərlə etiraf edib:

“Mən prezident olanda Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün vasitəçilik səylərində iştirak etmişəm. Bu təcrübə məni xəbərdarlıq etməyə məcbur edir. Fransa bu gün ermənilər üçün əlindən gələni etməlidir”.

Afrika ölkələrində xalqları soyqırımına məruz qoyan, bu səbəbdən bu gün qitədən qovulan Fransanın sabiq prezidenti Azərbaycanı “etnik təmizləmə”də də günahlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər