15 Aprel 17:01
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılarının Qarabağda qalmaları üçün bir səbəb yoxdur, çünki orada erməni yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Azərbaycan hələlik Rusiya qoşunlarının çıxarılması məsələsini qaldırmayıb.

“Bu gün sülhməramlıların Qarabağda olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var?”, - Zatulin bildirib.

Deputat hesab edir ki, Azərbaycan Rusiya ilə əlaqələri nəzərə alaraq məsələni gündəmə gətirmir:

“Amma reallıqda sülhməramlılarımızın Qarabağda olması üçün daha az səbəb var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər