Rusiya gəldi, Qarabağı Azərbaycana geri verdi və qayıtdı.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Ermənistanın xarici siyasət vektorunun dəyişməsindən danışan katib bildirib:
“Ermənistan Rusiyadan tam asılı olanda bizdə müharibə olmayıb? Gəlin qeyd edək ki, məhz bu duruma görə müharibə vəziyyətində olmuşuq. Biz bu dəyişikliklərlə sabitlik gətirməyə çalışırıq, əminik ki, bu dəyişikliklər sabitlik gətirəcək.
Qriqoryan İkinci Qarabağ Müharibəsindən danışarkən absurd iddia ilə diqqət çəkib:
“Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Rusiya gəldi, Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra geri döndü, bütün reallıq budur”.
Armen Qriqoryanın dilə gətirmədiyi əsl reallıq odur ki, Ermənistan 1990-cı illərdə Qarabağı məhz həmin Rusiyanın yardımı ilə işğal etmişdi. Azərbaycan ordusu 30 il sonra öz ərazilərini nə Rusiya, nə də digər ölkənin yardımı ilə işğaldan azad edib. Tarixi ədaləti bərpa edən bu gün yaranmasının 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələridir.
Əslində, bir Ermənistan rəsmisinin belə bir fikirdə olması təəccüblü deyil, həmişə Rusiya, Fransa, İran və bəzi digər dövlətlərə sığınaraq separatçılıqla məşğul olan, elə bu yolla özlərinə Azərbaycanın tarixi ərazilərində ölkə quran bir xalqın nümayəndəsinin başqa cür düşünməsi təəccüblü olardı. Ermənistan həmişə ağası olan və asılı ölkə olub, indi bir yolunu tapıb köhnə ağalarını dəyişməyə çalışırlar, bütün hay-küyləri bundandır.